- Üçüncü sektor
- 10 Mart 2019 12:30
- 3 126
Məşhur azərbaycanlı repçinin evi qarət olundu

"Oğurluq martın 9-u günorta saatlarında baş verib".
Rusiyanın Azərbaycan əsilli repçisi "Bahh Tee"nin (əsl adı Bəxtiyar Əliyev) Moskvanın Veyernaya küçəsində yerləşən mənzili qarət olunub.
Bu barədə bazar günü hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.
"Oğurluq martın 9-u günorta saatlarında baş verib. Mənzildən 4,2 milyon rubl (60 min 638 dollar) oğurlanıb", - deyə agentliyin həmsöhbəti bildirib.(report.az)
AzNews.az