- Üçüncü sektor
- 13 Mart 2019 12:59
- 3 965
Alişan həyat yoldaşı ilə duet oxuyacaq - oğlu üçün
26 günlük oldu, 26 saat yatmamışıq.
Oğlu Burakın doğulmasından sonra ilk dəfə onsuz bayıra çıxan Alişan-Buse Varol cütlüyü surpriz açıqlama verib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Alişanın həyat yoldaşı aktrisa Buse Varol kameralara görüntülənib.
O, jurnalistlərin suallarını cavablayıb.
“Uşaq doğulandan bəri ilk dəfə bayıra çıxmışıq. 26 günlük oldu, 26 saat yatmamışıq. Hazırda atası da çox dəstək olur. İnşallah qarşıdakı zamanlarda da bu dəstəyini əsirgəməz"-deyə cavab verib.
Müğənni Alişan da Burak üçün studiyaya girdiklərini qeyd edib: "Buse ilə bərabər duet hazırlayırıq. Bu, gəlir məqsədli bir mahnı deyil. Ona bir xatirə olması üçün anası ilə duet oxuyacağıq"- deyib.
Səidə Vahid
AzNews.az