- Üçüncü sektor
- 14 Mart 2019 10:31
- 2 786
Klip çəkilişində yanırdıq - tanınmış müğənni
“Aşk yüzünden” mahnısı üçün klip çəkilib.
Türkiyəli məşhur müğənni Aydilgenin klip çəkilişində qəza baş verib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aydilge Halil Sezai ilə birgə oxuduğu “Aşk yüzünden” mahnısı üçün klip çəkilişinə başlayıb.
Çəkiliş zamanı meydançada yanğın baş verib.
Aydilge başlarına gələn hadisə haqqında “Çəkiliş meydançasında qalanan ocaq nəzarətsiz qaldığı üçün yanğına səbəb oldu. Az qala yanırdıq, çətinliklə xilas ola bildik” deyib.
Nigar CƏFƏR
AzNews.az