Aktyor narkotik istifadə etdiyini açıqladı

"Hər kəsin keçmişdə xətaları var".

Türkiyəli məşhur müğənni Sılanı döydüyü iddia edilən aktyor Ahmet Kuralın narkotik maddə istifadə etdiyi iddia olunub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ahmet Kural narkotik maddə istifadə etməsi və 10 aylıq həbs cəzası alması ilə bağlı açıqlama verib

İddiaları təsdiqləyən Ahmet Kural "Hər kəsin keçmişdə xətaları var. Hər insan kimi mənim də keçmişdə etdiyim nələrsə olub. Buna istər maraq, istərsə də kiməsə oxşamağa çalışmaq deyin. 10 il əvvəl - 2009-cu ildə istənilməyən belə bir hal yaşadım. Məhkəmə prosesi 2014-cü ildə bağlanmışdı. İndi yeni bir məhkəmə prosesi yaşayıram" deyib.

Nigar CƏFƏR

AzNews.az