“Recep İvedik 6” filminin ekrana çıxmasının tarixi bəlli oldu

Film “CJ Entertainment Turkey” tərəfindən təqdim olunacaq.

Türk kino tarixinin ən çox baxılan filmi olan “Recep İvedik”in 6-cı filminin ekrana çıxmasının tarixi bəlli olub.

AzNews.az bildirir ki, “CJ Entertainment Turkey” tərəfindən təqdim olunacaq film 6-8 noyabrdan etibarən kinoteatrlarda göstəriləcək.

Qeyd edək ki, “Recep İvedik” filminin ilk 2 seriyası 4 milyondan çox, 3-cü seriyası 3 milyon, 4 və 5-ci seriyaları isə 7 milyondan çox insan tərəfindən izlənilib.

Cavidan Mirzəzadə

AzNews.az