- Üçüncü sektor
- 27 Mart 2019 12:09
- 3 498
Məşhur müğənnidən prokurorluğa şikayət - çantanın pulunu vermir
Gülşən məni aldadıb, cəzalandırılmasını istəyirəm.
Türkiyəli müğənni Gülşənin başı bəlaya düşüb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaxın rəfiqəsi dizayner Fatma Erdem onu prokurorluğa verib.
Buna səbəb Gülşənin ondan 50 min lirə dəyərində çanta alması və ödəməməsi olub.
Fatma Erdemin Gülşənin meneceri ilə əlaqə saxlayaraq çantaları geri istəməsi heç bir nəticə verməyib.
O, ifaçını prokurorluğa verərək “Gülşən məni aldadıb, cəzalandırılmasını istəyirəm” deyə ərizə yazıb.
Qeyd edək ki, Gülşən haqqında “fırıldaqçılıq” maddəsi ilə istintaq başladılıb.
Nigar CƏFƏR
AzNews.az