- Üçüncü sektor
- 27 Mart 2019 15:42
- 2 689
Təyyarəyə gecikdiyi üçün Bakı konserti ləğv olundu
Türkiyənin pop ulduzu İrem Dericinin Bakıdakı konserti baş tutmayıb.
Novruz bayramında paytaxtın tanınmış məkanlarının birində çıxışı planlaşdırılan sənətçi Azərbaycana gələ bilməyib.
Buna səbəb ifaçının hava limanına gec gələrək uçuşa gecikməsi olub. Bu barədə konsertin təşkilatçısı instaqram səhifəsində qeyd edib. Bildirilib ki, konsertin yeni vaxtı barədə ictimaiyyətə məlumat veriləcək.(qafqazinfo.az)
AzNews.az