Bülent Ersoya sərt sözlər - "İnsanın utanacağı bir şey olmalıdır"

Kürklərin necə əldə edildiyi ilə bağlı video izləmişəm.

Türkiyəli məşhur müğənni Şevval Sam Bülent Ersoya heyvan dərisindən kürk geyinməsi haqqında danışıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, FOX TV-də yayımlanan “Yasak elma” serialında rol alan aktrisa jurnalistlərin suallarını cavablandırarkən maraqlı açıqlamalar verib:

“Bundan 20 il öncə ət və toyuq yeməkdən imtina etmişəm. Kürklərin necə əldə edildiyi ilə bağlı video izləmişəm. Heyvanların dərilərini diriykən soyurlar, başlarına mismarlı alətlərlə vurub öldürürlər. İnsanın utanacağı bir şey olmalıdır”.

Qeyd edək ki, Bülent Ersoy illərdir heyvansevərlərin sərt reaksiyası ilə üzləşsə də, kürk geyinməkdən vaz keçmir.

Nigar CƏFƏR

AzNews.az