Acunda daha nələr var, nələr - Hülya Avşar

Biz çox köhnə tanışlarıq, ikimiz də bir-birimizi sevirik.

Türkiyəli məşhurlar Acun Ilıcalı və Hülya Avşar dünən axşam “Etiler Da Mario” adlı restoranda şam yeməyi yeyib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən illərdə “Yetenek Sizsiniz Türkiye” yarışmasında birlikdə çalışan ikili uzun bir aradan sonra təkrar görüşüb.

Acun Ilıcalı restoranın çıxışında jurnalistlərə bunları deyib:

''Hülya ilə bir-birimiz üçün çox darıxmışdıq. Birlikdə gözəl enerji alırıq. Hülya ilə hər an layihə qurmaq potensialımız da var" -deyib.

Yarım saat sonra isə məkandan Hülya Avşar çıxıb. Olduqca şən görünən Avşar ''Acun məni yeməyə çağırdı, sağ olsun, çox da gözəl oldu. İçəridə əyləndik. Biz köhnə tanışlarıq, ikimiz də bir-birimizi sevirik" deyib.

Jurnalistlərin ''Acun bəyin rep performansına münasibətiniz necədir?” sualına Hülya Avşar qəhqəhə çəkərək belə cavab verib: ''Onda daha nələr var, nələr..''.

Səidə Vahid

AzNews.az