Naibə Allahverdiyeva vidalaşdı - "Əlimdən xəta çıxa bilər"

İnstaqramda baş verən özbaşınalıqlara əsəblərim dözmür.

Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkəni tərk edib.

AzNews.az xəbər verir ki, aktrisa bu barədə özü məlumat verib.

O, bunun səbəbini sosial şəbəkədə baş verən biabırçılıqla əlaqələndirib:

“İyrəndim artıq. İnstaqramda baş verən biabırçılıqlara, özbaşınalıqlara əsəblərim dözmür. Xalqın bəzi üz qaralarının İnstaqramda at oynatması, əlimdən xəta çıxarda bilər. Görüşənədək".

Xalq artisti mənəvi əxlaqsızlığa son qoyulması üçün müvafiq qurumlardan kömək istəyib.

Bahar RÜSTƏMLİ

AzNews.az