Gözəllik mərkəzi açıram - Hande Yener

Müğənni Nişantaşında kameralara yaxalanıb.

Türkiyəli müğənni Hande Yener dünən axşam İstanbulun Nişantaşı bölgəsində yerləşən bir məkandan çıxarkən kameralara görüntülənib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yaxın dostları ilə şam yeməyi yeyən pop ulduzu çıxışda jurnalistlərin suallarını cavablayıb.

Hande Yener "Dostlarımız ilə şam yeməyi yedik. Toplantı etdik. İki ay sonra gözəllik mərkəzi açıram, onun üçün bir araya gəldik" deyib.

Səidə Vahid

AzNews.az