Məhkəmə məşhur aktyora pul cəzası verdi - Səbəb

Mübahisə zamanı Can Yaman Selen Soyderə stəkan atıb

Türkiyəli məşhur aktyor Can Yaman bu gün hakim qarşısına çıxıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb onun iki il əvvəl aktrisa Selen Soyderlə baş verən problemlər olub.

Belə ki, aralarında düşən mübahisə zamanı Can Yaman Selen Soyderə stəkan atıb. Buna görə də məhkəmə ona 7830 lirə pul cəzası verib.

Aktyor məhkəməyə günlük qazancının 90 lirə olduğunu deyib.

Qeyd edək ki, Can Yaman “Erkenci kuş” serialında rol alır.

Nigar CƏFƏR

AzNews.az