Demet Akalın seçkiyə şəxsiyyət vəsiqəsiz getdi

O, Okan Kurtu vəsiqəsini gətirmək üçün evə göndərib.

Türkiyədə 2019 bələdiyyə seçkilərində məşhur müğənni Demet Akalın əri Okan Kurt ilə Ted İstanbul Koleji Vəqfində səs verməyə gedib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında əl-ələ səs verəcəkləri məktəbə gələn cütlükdən Demet Akalın şəxsiyyət vəsiqəsini unutduğuna görə səs verə bilməyib.

Okan Kurtu vəsiqəsini gətirmək üçün evə göndərən Akalın onun gəlməsini gözləyib.

1010 nömrəli sandıqda səs vermə haqqından istifadə edən Demet Akalın “Gecə 5-də səhnədən endim. Hələ özümə gəlməmişəm, vəsiqəmi evdə unutdum. Okan gedib gətirdi. Seçimlər ölkəmizə xeyirli olsun” deyib.

Səidə Vahid

AzNews.az