Bir çox müğənniləri media bəh-bəhlə gündəmə gətirir. Bir çox müğənniləri media bəh-bəhlə gündəmə gətirir.

Reytinq xətrinə onları qudurdub, başımıza mindirirsiniz - Flora Kərimova

Bir çox müğənniləri media bəh-bəhlə gündəmə gətirir.

Son zamanlar televiziyaların səhər və axşam proqramlarında eyni müğənnilərin tez-tez efirə dəvət edilməsi tamaşaçıların diqqətindən yayınmır. Bu, hətta sosial şəbəkələrdə geniş diskussiyaya çevrilir. Hər kəsi isə yalnız bir sualın cavabı maraqlandırır. Görəsən, bunun səbəbi nədir?

AzNews.az mövzu ilə bağlı tanınmış sənətçilərin münasibətini öyrənib.

Xalq artisti Flora Kərimova:

Image result for flora kərimova

“Eyni müğənnilərin tez-tez efirə çıxmasının əleyhinə deyiləm. Qadınlar da qoy gələndə ləyaqətlərini saxlaya bilsinlər. Xoş gəlirlər, ancaq millətin mədəniyyəti və hörməti ilə gəlsinlər. Övladlarını düşünsünlər. Qız, oğlan fərqi yoxdur. Bir çox müğənniləri media bəh-bəhlə gündəmə gətirir. Onlar isə mənəm-mənəmlik edirlər. O adamlara münasibəti sizlər formalaşıdırırsınız. Reytinq xətrinə onları qudurdub, başımıza mindirirsiniz”.

Xalq artisti Bilal Əliyev:

Image result for Bilal Əliyev

“Sənət dostlarım haqqında söz deyə bilmərəm. Mənim reklama ehtiyacım yoxdur. Pulumu qazanıram və sənətimdə lazım olan işlərimi görürəm. Bunları efirə çıxmadan da edə bilirəm. Bununla bağlı problem yaşamıram. Ümumiyyətlə, mən televiziyaya baxmıram. Sosial şəbəkədən istifadə edirəm. Dünya mediasını izləyirəm. Sənət dostlarıma böyük hörmətim var”.

Xalq artisti Nazpəri Dostəliyeva:

Image result for Nazpəri Dostəliyeva

Mən yüksək səviyyədə olan və özümü gördüyüm verilişlərə çıxıram. Hər gün efirə çıxmağı sevmirəm. Mən tamaşaçını da bezdirmək istəmirəm. Və eləcə də hər gün efirə çıxmağa ehtiyacım yoxdur”.

Aparıcı Murad Arif:

Image result for Murad Arif

“Televiziyada balans qorunmalıdır və toy müğənnisi qədər estrada müğənnisi də, muğam ifaçısı qədər digər alternativ janrlar da təbliğ olunmalıdır. Bu təbliğ olunmursa, iradım müğənnilərə deyil, kanalların musiqi departamentinədir. Efirə çox çıxan müğənniləri qınamıram. Sənətçi azad seçim edə və istədiyi musiqini oxuya bilər. Mənim “Solo” adlı verilişimə tez-tez gələn müğənnilərlə yanaşı Miri Yusif, Sevda Ələkbərzadə və s. dəvət edilib. Bu balans qoruna bilər. Aparıcı həmkarlarıma səslənirəm ki, janrları bölüşdürsünlər, onda belə narazılıq yaranmayacaq”.

Rəqsanə

AzNews.az