"Mənfi hərəkətlər sevgi göstərişi ola bilməz". "Mənfi hərəkətlər sevgi göstərişi ola bilməz".

Aktrisa sevgilisini belə müdafiə etdi - "Zərər çəkmiş tərəfdir"

"Mənfi hərəkətlər sevgi göstərişi ola bilməz".

Türkiyəli məşhur aktyor Can Yaman haqqında çıxan iddialara sevgilisi Demet Özdemir cavab verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən Can Yamanın “Erkençi Kuş” serialının çəkilişi zamanı fanatlarından birinə fotoaparat atdığı iddia olunub.

İddialara cavab olaraq aktyorun sevgilisi Demet Özdemir cavab verərək, İnstagram profilində "Bu gün “fanatı” adı ilə xəbərlərdə çıxan adam çəkiliş meydançasına icazəsiz daxil olub və xəbərdarlıq edildiyi halda meydançadan çıxmayıb. Çəkilişi dayandırıb, Canın qolundan tutub, mənə söz atıb. Can "fanatdan" qolunu xilas etməyə çalışarkən fotoaparat əlindən yerə düşüb. Can Yaman və "Erkençi Kuş" komandası zərər çəkmiş tərəfdir. Mənfi hərəkətlər heç vaxt sevgi göstərişi ola bilməz. O adama şiddət göstərilməyib. Hər zaman çəkiliş meydançasına qonaq gələn pərəstişkarlarını sevgi ilə qucaqlayan tərəf müqavilim haqqında çıxan yalan xəbərləri aydınlatmaq və çox kədərləndiyimi bildirmək istəyirəm" yazıb.

Qeyd edək ki, Demet Özdemir və Can Yaman “Erkençi Kuş” serialının çəkilişi zamanı tanış olub və sevgili olublar.

Nigar CƏFƏR

AzNews.az