“Youtube”da şəxsi səhifəsində də yerləşdirilib “Youtube”da şəxsi səhifəsində də yerləşdirilib

Oksana Elşad Xose ilə öpüşmə səhnəsini yenidən bərpa etdi

“Youtube”da şəxsi səhifəsində də yerləşdirilib

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı reper Elşad Xose ilə çəkildiyi “Mələyin öpüşü” filmini yenidən “Youtube” kanalına yerləşdirib.

Oksana Rəsulova bu haqda AzNews.az-a açıqlamasında məlumat verib:

“Mələyin öpüşü” filmini “Youtube” kanalından özüm müvəqqəti sildirmişdim. Hazırda bərpa edilib. “Youtube”da şəxsi səhifəmdə də yerləşdirilib.

Orada olan iki mahnı və Elşadın əlil arabasında olan hissə silinib. Başqa heç nə silinməyib. Heç kim onu blok etməyib”.

Oksana həmkarı Fatimə Fətəliyevanın bir daha hind rəqsi etməyəcəyi fikrinə də münasibət bildirib:

“Fatimə bir çox rəqslər oynayıb və ona uyğun qərar verib. Deməli, beynində nəsə fikir var ki, bu qərara gəlib. Onun istəyinə hörmətlə yanaşıram. Özü bilər. Mən bir rəqs növü ilə məşğul oluram. Rəqs etmək də bir müddətə qədərdir. 60 yaşından sonra rəqs etmək olmur. Müəllim kimi fəaliyyət göstərə bilərsən. Təbii ki, Fatiməni bu yaşda ana kimi başa düşürəm. Qızı nişanlanıb, oğlu var. Başqa bir mərhələyə keçir. Ona görə də rəqs etməyi özünə yaraşdırmır”.

Yaxın günlərdə Fatimə ilə barışan Oksana onun qızının toyuna gedəcəyini də vurğulayıb:

“Məmnuniyyətlə, qızının toyuna gedərəm. Çox mədəni, yerini bilən, böyüyə hörmət qoyan övladı var. Hətta Fatimə ilə danışmayan zaman da məni hardasa görəndə salam verirdi. Ona çox böyük hörmət qoyuram. Allah xoşbəxt eləsin. Aydanla nişanlanan oğlan çox xoşbəxtdir”.

Oksana hind rəqsinə marağın azalmasından da danışıb:

“Hind rəqslərinə marağın azalması mənim səhnədə olmamağımla bağlıdır. Yeni bir partlayışla gələcəm, görəcəksiniz”.

Qeyd edək ki, Oksana Rəsulova bir müddət əvvəl “Mələyin öpüşü” filmində Elşa Xose ilə öpüşdüyü səhnəni sildirməsi ilə gündəmə gəlmişdi.

Rəqsanə

Az.News.az

image description image description