- Üçüncü sektor
- 9 Aprel 2019 15:29
- 4 087
Boşanacaqları iddia olunan cütlükdən qəribə jest
Beren Saat “Atiye” serialında baş rolu canlandırır
Türkiyəli məşhur müğənni Kenan Doğulu həyat yoldaşı aktrisa Beren Saata dəstək olub.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Beren Saat serial çəkilişi üçün Şanlıurfa adlı əraziyə yollanmalı olub.
Müğənni həyat yoldaşını tək qoymamaq qərarına gəlib və bütün işlərini təxirə salaraq ona dəstək olmaq üçün Şanlıurfaya gedəcəyini bildirib.
Beren Saat “Atiye” serialında baş rolu canlandırır.
Qeyd edək ki, bir müddət əvvəl cütlüyün boşanmaq istədiyi iddia olunub.
Nigar CƏFƏR
AzNews.az