Murad Bozun keçmiş sevgilisinə “Kara Sevda”nın məşhurundan xəyanət

Cütlük səmimi söhbətləri ilə diqqət çəkib

Türkiyənin məşhur müğənnisi Murad Bozun keçmiş sevgilisi, stillist Eliz Sakuçoğlu bu dəfə də xəyanətə uğrayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eliz Sakuçoğlunun sevgilisi aktyor Ekin Mert Daymaz İzmirdə yeni sevgilisiylə görüntülənib.

Ekin Mert Daymaz aktrisa Hazal Filiz Küçükköse ilə İzmirdə məkanların birində bir araya gəliblər. Cütlük sarmaş-dolaş görüntüləri və səmimi söhbətləri ilə diqqət çəkiblər.

Qeyd edək ki, Hazal Filiz Küçükköse “Kara Sevda” serialı ilə məşhurlaşıb.

Rəqsanə

AzNews.az

image description image description image description