Demet Akalının paylaşımı Tarkan fanatlarını qorxutdu

“Çox xəstə bir qızı axtardı!”

Türk müğənnisi Demet Akalının “Instagram” hesabından Tarkan ilə bağlı etdiyi paylaşım Megastarın pərəstişkarlarını təşvişə salıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Instagram”da Tarkanın fotosunu paylaşan Demet Akalın, altına "Sən mənim üçün gəlmiş-keçmiş ən böyük ürəkli, mərhəmətli, təvazökar dünya ulduzusan! Səni çox sevirəm... Allah səni qızına, həyat yoldaşına bağışlasın... Həm Hicranımıza, həm Esilaya şəfa versin... Sənin səsin dərman olsun, bu gün gözümdə daha da böyüyən Tarkan!" sözlərini yazıb.

Demet Akalının bu paylaşımı sosial medianı qarışdırıb. Bundan sonra müğənni ikinci bir mesaj da paylaşıb: “Çox xəstə bir qızı axtardı!”

Səidə Vahid

AzNews.az

image description image description