Səməd Əlinin ona nifrət etmə səbəbini illər sonra açıqladı - VİDEO

"İllərdir toya gedirəm, çünki musiqiçilərə yaxşı pul verirəm"

Xalq artisti Səməd Səmədov müğənni Əli Mirəliyevin ona nifrət etməsinin səbəbini açıqlayıb.

AzNews.az-ın məlumatına görə, "Söhbət var" proqramına qonaq olan müğənni bildirib ki, buna səbəb "Bu qızların telinə bax" mahnısı olub:

"Eldar Mansurov mahnını Əli Mirəliyev üçün yazıb, amma sonra mənə verib. Bir gün Əli Mirəliyev televizor qarşısında oturub ki, indi onun "Bu qızların telinə baxın" ifasını səsləndirəcəklər. Amma baxıb ki, o mahnını Səməd oxuyur. Zəng vurub Eldar Mansurova, o da qayıdıb ki, Səməd səndən yaxşı oxudu. Həmin vaxtdan Əli məndən küşüb".

Səməd Mirəliyevin musiqi ansamblında oxuyan olmasından söz açıb:

"İllərdir toya gedirəm, çünki musiqiçilərə yaxşı pul verirəm. Əliaçıq adamam. Əli də o vaxtlar musiqiçilərə yaxşı maaş versəydi, indi məşhur olardı".

Aynur

AzNews.az