- Üçüncü sektor
- 1 May 2019 10:19
- 3 482
Tanınmış vizajist Anarla evlənmə ərəfəsində olan xanımı təhqir etdi: "40 yaşında qız..."
Nigar İbrahimova prodüser Anar Mədətovla evlənmə ərəfəsində olan vizajist xanımı təhqir edib
Buna səbəb Samirənin "İnstagram"da xınayaxdı mərasimindən fotolar paylaşaraq xoşbəxtliyini dilə gətirməsi olub.
AzNews.az xəbər verir ki, Nigar İbrahimova sosial şəbəkədə Samirə xanımın ünvanına xoşagəlməz sözlər deyib:
“40 yaşında qız, "həyatım" sözünü başqasının ərini sığallaya-sığallaya necə deyə bilərsən? Sənə güc verən ağsaqqala afərin deyirəm. Bu sənətdə dərsindən beş aldın. Qardaşa maska taxıb gözə girir ki, nə olur olsun evdən çıxım, xınayaxdı mərasimi edim. Dəhşət... Allah heç kimin ağlını əlindən almasın. Heyf səndən, başını kim yedisə... Mahir və Ayşə bu mövzularda daha güclü olmalıdır. Elnurə güclü və namulsu xanımdır. Mahir, sənin yaraşıqlı boyuna özüm qurban. Sənə xına apardığımız yerdə bu nə şok idi yaşadıq. İnanmağım gəlmir”.
Qeyd edək ki, Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan ayrılıb. Cütlüyün iki övladı var.
Rəqsanə
AzNews.az