- Üçüncü sektor
- 1 May 2019 12:05
- 2 968
Məşhur aktrisa evlilik suallarına cavab verdi
"Sizdən əvvəl anam eşitmək istəyər"
Türkiyəli məşhur aktrisa Ezgi Mola dünən alış-veriş mərkəzlərinin birində kameralara yaxalanıb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uzun müddətdir iş adamı Mustafa Aksakallı ilə sevgili olan aktrisa evlilik suallarını cavablandırıb.
Ezgi Mola “Hal-hazırda belə birşey yoxdur. Olsa, gizlətmərəm. Təbii ki, bunu sizdən əvvəl anam eşitmək istəyər” deyib.
Nigar CƏFƏR
AzNews.az