- Üçüncü sektor
- 1 May 2019 11:58
- 4 173
Məşhur müğənninin 75 yaşlı anası toyda belə oynadı - VİDEO
Kibariyə qızını evləndirib
Türk ulduzu Kibariyənin qızı Birgül Küçükbalçık dünən axşam Bülent Burak Uçak ilə evlənib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, toyda cütlüyün ailəsi və yaxınları iştirak edib. Gecəyə damğanı öz rəqsi ilə Kibariyənin 75 yaşlı anası Makbulə Tokmak vurub.
Qeyd edək ki, illər öncə “Şofer Tünay” sözü ilə yaddaşlara həkk olan Makbulə Tokmak Kibariyənin zirvələrə qalxmağa çalışdığı illərdə keçmiş əri Tünay Ürekin qızına xəyanət etdiyi iddiaları üzərinə "Şofeer şofer" deyərək hirsini dilə gətirmişdi.
Kibariyənin 75 yaşlı anası Makbulə Tokmakın rəqsinə BURADAN baxa bilərsiniz!
Səidə Vahid
AzNews.az