Gülbahar Şükürlü haray çəkdi - "Zahid, apar məni yanına"

"Çox çarəsizəm"

“Səni bu qədər çox istədiyimi indi başa düşürəm”.

AzNews.az xəbər verir ki, bunu tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü mərhum həyat yoldaşı Zahid Şükürlü ilə toy gününü xatırlayarkən yazıb. Sənətçi həyat yoldaşının ölümündən sonra ürəyinin qan ağladığını deyib:

“30 aprel – bu gün bizim toy günümüzdür. Sən bu günü çox sevirdin. Bəs indi? Sənə qurban olaram, ay Zahid. Hamı məni danladı ki, evdə oturma, sənətinlə məşğul ol, balaların var. Mən səni istəyirəm, ay Zahid. Səni bu qədər çox istədiyimi indi başa düşürəm. Səsin qulağımdadır. Yəqin sən məni çox istəmirsən, yoxsa indi yanımda olardın. Qurban sənə, apar məni yanına, buralar mənlik deyil, çox çarəsizəm. Ürəyim qan ağlayır, vallah yalandan gülməyi bacarmıram" -deyə, qarmon ifaçısı kədərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, Gülbahar Şükürlünün həyat yoldaşı Zahid Şükürlü ötən il dekabrın 20-də qəfildən dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az