İbrahim Tatlıses 18 il əvvəl boşandığı xanımla barışıb?

Məşhur türk sənətçisi ayrıldığı həyat yoldaşı Derya Tuna ilə bir araya gəlib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahim Tatlıses İzmirdə yeni restoranının açılışına Derya Tuna, oğlu İdo Tatlıses və qızı Dilan Çıtakla qatılıb.

İzmirdə yaşayan İbrahim Tatlısesin Dəryaya “xanım”deyə müraciət etməsi “Yenə birlikdədilərmi?” sualını ağıllara gətirib.

Dərya Tuna isə İzmirdə restoran açacağını deyib.

Qeyd edək ki, İbrahim Tatlıses Derya Tunadan 2001-ci ildə ayrılıb.

Rəqsanə
AzNews.az

image description image description image description