Məleykə ağladı: Son nəfəsində yanında olmadım - VİDEO

"Deyib zəng vurun, sonra birdən gec olar"

Xalq artisti Məleykə Əsədova dünyasını dəyişən anasından söz açıb.

AzNews.az-ın məlumatına görə, ARB TV-nin “Səhər-Səhər” proqramına qonaq olan aktrisa danışarkən göz yaşlarını saxlaya bilməyib:

“O vaxt anam xəstə olduğu üçün, bacımgildə qalırdı. Mənim də verilişim var idi, çəkilişdə idim. Çəkiliş zamanı telefonum bağlı olurdu. Anam deyib ki, Məleykəyə zəng vurun, gəlsin, ona sözüm var. Deyiblər çəkilişdədir, gələcək yanına, deyərsən.

Deyib zəng vurun, sonra birdən gec olar. Mən çəkilişdə olanda, dünyasını dəyişib. İndiyədək özümü bağışlaya bilmirəm. Bilmədim, anam mənə nə demək istəyirdi. Atam da dünyasını dəyişəndə, yanında ola bilmədim”.

Aynur

AzNews.az