- Üçüncü sektor
- 3 May 2019 17:21
- 4 551
Bergüzar Koreldən duyğusal Halit Ergenç paylaşımı
"13 il. Birlikdə çoxlu xatirələrimiz var. Nə gözəl”
Türkiyənin tanınmış aktrisası Bergüzar Korel sənət yoldaşı Halit Ergenç ilə 2006-cı ildə çəkdirdiyi bir şəkli paylaşıb.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bergüzar fotoya belə bir duyğusal başlıq yazıb:
“İl 2006. Hələ "Binbir Gece" yox . "Kurtlar Vadisi Irak" göstərilir. Bir qız var, ərəbmi o? Yox, türkmüş. Tanju Korelin qızı imiş hətta. Amma adı bir az dəyişik, Bengüzel? Benkuzar? Belgüzel? Halit "Aliye"də Sinan idi o zamanlar. Ölkəni ayağa qaldırmış, əsas da xəstəxana səhnələri ilə. Levent Yüksel konsertindəyik. 13 il… Birlikdə çoxlu xatirələrimiz var. Nə gözəl”.
Qeyd edək ki, Bergüzar Korel və Halit Ergenç birlikdə rol aldıqları "Binbir Gece" serialından sevgili olmağa başlayıb, 2009-cu ildə nikah masasına oturublar.
Səidə Vahid
AzNews.az