- Üçüncü sektor
- 4 May 2019 10:55
- 3 259
Bu rəssamın ilham pərisi Aleyna Tilkidir
"Sənətə sənətlə qarşılıq ver"
Türkiyənin gənc müğənnisi Aleyna Tilki ayda iki dəfə rəssam Haluk Akakçenin İstanbulun Nişantaşı səmtindəki “The St. Regis Otel”də olan atelyesinə gedir.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin ən bahalı rəssamları arasında yer alan, açdığı sərgilərdə tabloları yüksək qiymətə satılan Haluk Akakçe “Tablo çəkərkən Aleynanın sənətə baxışı, müsiqisi, rəqsi və zarafatları ilə mənə ilham verir” deyib.
Son bir ildir kolleksiyaçı olduğunu söyləyən Aleyna “Haluk mənə bir tablo çəkdi. Qiymətini soruşduqda “Sənətə sənətlə qarşılıq ver. Mənə bir mahnını ithaf et” təklifini edib. Mən də ona bəstəmi həsr edəcəm" deyib.
Haluk Akakçenin əsərləri 100 min lirədən başlayan qiymətə satılır.
Səidə Vahid
AzNews.az