- Üçüncü sektor
- 4 May 2019 11:15
- 3 866
Hazal Kayadan izləyicisinə cavab - "Siz də sevdiklərinizi dəstəkləyin"
Həyat yoldaşım olmasa da paylaşardım, çünki kim olduğundan asılı olmayaraq qürurlandım
Türkiyəli məşhur aktrisa Hazal Kaya izləyicisinə sərt reaksiya verib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa Hazal Kaya həyat yoldaşı aktyor Ali Atayın beynəlxalq film festivalında qazandığı “Ən yaxşı kişi aktyor” mükafatını Twitter hesabında paylaşıb.
Hazalın izləyicilərindən biri isə “Ərinin karyerasına göstərdiyi marağı, öz karyerana göstərsən, düzgün olmazmı?” sualına aktrisa “Beynəlxalq bir mükafat qazanıb və bu mükafatı alan ilk Türkdür. Həyat yoldaşım olmasa da paylaşardım, çünki kim olduğundan asılı olmayaraq qürurlandım. Siz də sevdiklərinizi dəstəkləyin, heç nə itirməzsiniz. Bir də bu, sizin həddinizə deyil” cavabını verib.
Nigar CƏFƏR
AzNews.az