- Üçüncü sektor
- 6 May 2019 10:38
- 5 140
Məşhur stilistdən Aygün Kazımovanı əsəbiləşdirəcək sözlər - “Damla nömrə birdir”
“O, mənim üçün bağlı kitabdır"
Məşhur stilist Anar Ağakişiyev şou-biznes nümayəndələri haqqında gündəm yaradan açıqlaması ilə diqqət çəkib.
AzNews.az xəbər verir ki, o, “ATV maqazin onlarla” verilişində “Üç dəqiqə" rubrikasının qonağı olub.
Anar Ağakişiyev qalmaqal yaşadığı və stilini zövqsüz adlandırdığı müğənni Nigar Camal ilə münasibətindən də danışıb: “Bütün günahı üzərimə atmaq istədi, təəssüf ki, alınmadı. Barışıq üçün addım atarsa, qəbul edərəm”.
Stilist muxbirin “Nə zamansa iki xanımın arasını vurmusan?” sualına isə belə cavab verib: “Söhbət Nigar Camal və Röya Ayxandan gedirsə, heç vaxt”.
Anar Ağakişiyev düşmən olduğu müğənni Roza Zərgərli haqqında da maraqlı açıqlaması ilə diqqət çəkib: “O, mənim üçün bağlı kitabdır. O kitabı açıb oxumaq istəmirəm. Mən təbii insanam və sünilikdən uzaq qaçıram. Daha çox ensiklopediya oxuyuram. Elza Seyidcahan qədər zövqlü deyil”.
Stilist daim nömrə bir hesab edilən xalq artisti Aygün Kazımovanı əsəbiləşdirəcək sözlər də işlədib: "Müğənni Damla nömrə birdir".
Rəqsanə
AzNews.az