Rafet El Romanın başı dərddə - Keçmiş arvadı ondan prokurorluğa şikayət etdi

Tuğba Altıntop daha sonra şikayətini geri götürüb

Türkiyəli məşhur model və aktrisa Tuğba Altıntop keçmiş əri Rafet El Romanı prokurorluğa şikayət edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun prokurorluğa müraciət etməsinə səbəb Rafet El Romanla birlikdə qurduqları “Rer Müzik Yapım” şirkətində imzasının keçmiş əri tərəfindən kopyalanması olub.

Prokurorluq Tuğba Altıntopun şikayətini dəyərləndirib, istintaq işi başladıb.

Tuğba Altıntop daha sonra şikayətini geri götürərək, problemi aralarında həll ediklərini bildirib.

Qeyd edək ki, cütlük 1996-ci ildə evlənib, 2003-cü ildə boşanıb. Onların bu evlilikdən iki qızı var.

Nigar CƏFƏR

AzNews.az