Mətanət Əsədova banka borcundan danışdı - "... amma susuram"

Müğənni kreditlə “Volksvagen” markalı avtomobil alıb

Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub. Buna səbəb ifaçının bir müddət əvvəl kreditlə “Volksvagen” markalı avtomobil alması olub.

Müğənni AzNews.az-a açıqlamasında yayılan məlumatı nə təsdiq, nə də inkar edib:

“Bu haqda heç nə danışmayacam. Sənətim xalqa məxsusdur. Sənətimlə bağlı danışa bilərəm. Mən də çox insanlar haqqında çox şey bilirəm, amma susuram”.

Qeyd edək ki, Mətanət Əsədovanın banka borcunun 10 mindən yuxarı olduğu deyilir.

Rəqsanə

AzNews.az