- Üçüncü sektor
- 10 May 2019 11:24
- 3 539
Kenan Doğulu boşanma xəbəri ilə bağlı susqunluğunu pozdu
Bu, iki nəfər arasında olan bir şeydir
Məşhur türk aktrisası Beren Saat ilə boşanacaqları deyilən müğənni Kenan Doğulu sükutunu Kanal D-də yayımlanan "Müge ve Gülşen"le 2. Sayfa" verilişində pozub.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Beren Saat ilə ayrı-ayrı evlərdə qaldıqları deyilən Kenan Doğulu boşanma iddialarına belə cavab verib:
"İnsanları maraqlandıran bir şey olarsa, biz açıqlama verərik, anons da edərik, amma yox. Bu, iki nəfər arasında olan bir şeydir. Beren çəkilişdədir və çox məşğuldur.
Etdiyiniz hər hansı bir neqativ xəbər dostlarımızı, ailəmizi, bizi istər-istəməz üzür. Neqativ xəbərlərlə insanları üzməyin”.
Səidə Vahid
AzNews.az