Jurnalist idmançılar tərəfindən döyüldü

O, Ankara Gülhane Hərbi Tibb Akademiyasına aparılıb

Türkiyədə “Yeni çağ” qəzetinin köşə yazarı Yavuz Səlim Demirağ televiziyada çıxışından sonra hücuma məruz qalıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Türkiyem TV” proqramında çıxış edən Yavuz Səlim Demirağ məkandan ayrılan zaman yeddi nəfər beysbolçu tərəfindən döyülüb.

Ankara Gülhane Hərbi Tibb Akademiyasına (GATA) aparılan jurnalistin səhhəti ağırdır.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Rəqsanə

AzNews.az