- Üçüncü sektor
- 13 May 2019 12:10
- 4 781
Yox, hamilə deyiləm, qarnım çıxıb - Demet Akalın Maldivdə
"Tətildəyəm deyə diet saxlamıram”
Türkiyəli məşhur müğənni Demet Akalın Maldiv adalarına tətilə gedib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Demet tətilə boşandığı əri Okan Kurt, qızı Hira və ən yaxın dostları müğənni Fatih Ürek və DJ Selin Ciğerci ilə yollanıb.
Onlar günü 3 min lirə və 22 min lirə arasında dəyişən “Taj Exotica Resort”da qalır.
Demet Akalın tətildə telefondan və sosial mediadan istifadə etməyəcəyini desə də, tətilə çıxdığı gündən şəkillər paylaşmağa başlayıb.
Aktrisanın paylaşdığı bir şəkildə qarnının çıxdığını görən izləyicisi “Hamiləsiniz?” sualına Demet “Yox, hamilə deyiləm. Qarnım çıxıb, kökəlmişəm. Tətildəyəm deyə diet saxlamıram” cavabını verib.
Nigar CƏFƏR
AzNews.az