- Üçüncü sektor
- 13 May 2019 17:53
- 14 104
Çimnaz Sultanova həmkarlarını aşağıladı - "Mənim səviyyəmə çata bilməzsiniz!"
Çox yazıq və primitiv görünürsünüz!
Aktrisa Çimnaz Sultanova həmkarlarına söz atıb.
AzNews.az xəbər verir ki, o, İntagramda özünü ona bənzətmək istəyən həmkarlarının ünvanına bu sözləri yazıb:
“Mən istənilən, hətta ikinci dərəcəli rolu da elə oynaya bilərəm ki, əsas rolu heç kim xatırlamaz. Siz ki, bunu bilirsiniz! Lakin real həyatda yalnız əsas rol ifa edilməlidir, yəni özünüzü! Pariklərlə, paltarlarımla kosmetoloq və stilistlərimin yanına getməklə mənim kimi olmağa cəhd etmək əbəsdir. Nə aktrisa kimi, nə də ki xüsusən qadın kimi, sizlər hətta cəm halında belə mənim səviyyəmə heç bir zaman qalxıb çata bilməzsiniz! Barı, özünüzə rəhminiz gəlsin. Çox yazıq və primitiv görünürsünüz! Məni “kopya”layaraq təkrar etmək cəhdlərinizin əvəzinə öz rolunuzu oynayaraq özünüz olmağı öyrənin! Heç vaxt sizlər mən olmayacaqsınız”.
Rəqsanə
AzNews.az