Eşqlərim yox, oğullarım var - Mustafa Sandal

Müğənni müxbirlərə yeni döymələrini göstərib

Türkiyəli məşhur müğənni Mustafa Sandal dünən axşam Etiler adlı ərazidə kameralara yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni müxbirlərə yeni döymələrini göstərib.

O, “Qolumda oğullarım - Yaman və Yavuzun doğum tarixləri var. Ortadaki isə 1998-ci ildə çıxardığım albomuma adi nişandır. Ayağımda da "Beşiktaş" yazılı döyməm var” deyib.

Mustafa Sandal “Həyatınızın eşqlərinə aid döyməniz yoxdur?” sualına “Eşqlərim yox, oğullarım var” deyib.

Nigar CƏFƏR

AzNews.az

image description image description