- Üçüncü sektor
- 17 May 2019 14:10
- 2 926
Sergey Lazarev tənqidlərə məruz qaldı
Mətbuat konfransında rusiyalı müğənni gərgin olub
İsrailin Təl-Əviv şəhərində baş tutan “Eurovision 2019”da "Scream" adlı mahnı ilə Rusiyanı ikinci dəfə təmsil edən Sergey Lazarev tənqidə məruz qalıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Sergey Lazarev ünvanına deyilən sözlərə cavab verib: “Hər zaman tənqid edən və sevməyən insanlar olacaq. Ancaq müvəffəqiyyətimə sevinənlər daha çoxdur”.
Rusiya təmsilçisi “Eurovision”un ikinci yarımfinalında iştirak edərək finala vəsiqə qazanıb.
Müsabiqənin ikinci yarımfinalından sonra baş tutan mətbuat konfransında Sergey Lazarev gərgin olması ilə diqqət çəkib.
Qeyd edək ki, o, “Eurovision 2016”da Rusiyanı "You are the Only One" mahnısı ilə təmsil edib və ölkəsinə ikincilik qazandırıb.
Rəqsanə
AzNews.az