- Üçüncü sektor
- 17 May 2019 15:32
- 4 095
Aktrisa sevgi iddialarına cavab verdi - "Tamamilə yalandır"
Daha əvvəl də buna bənzər bir çox xəbər çıxmışdı
Türkiyəli məşhur aktrisa Serenay Sarıkayanın keçmiş sevgilisi Çağatay Ulusoyla barışdığı iddia edilib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən kameralara yaxalanan aktrisa sevgi iddialarının yalan olduğunu deyib.
Serenay müxbirlərin “Çağatay Ulusoyla yenidən barışdığınız və görüşdüyünüz iddia olunur” sözlərinə “Belə bir şey yoxdur, tamamilə yalandır. Daha əvvəl də buna bənzər bir çox xəbər çıxmışdı. Amma yalandır hamısı” cavabını verib.
Qeyd edək ki, Çağatay Ulusoy və Serenay Sarıkaya 2015-ci ildə sevgili olub, sonradan isə ayrılıblar.
Nigar CƏFƏR
AzNews.az