Mənzurə Musayevanın 5 avtomobili var?

“Ailədə beş övladıq, tək yeyim?"

“İki evimi satmışam, indi iki evim qalıb, “bankrot” olmuşam. O maşınlar isə mənim deyil. Kaşki olaydı... Daş karxanam da əlimdən getdi”.

AzNews.az xəbər verir ki, bu sözləri “Ay Zaur” verilişində Mənzurə Musayeva Zaur Kamalın “Şəhərin mərkəzində 6 evi var, 5 maşında gəzir” sözünə etiraz edərkən deyib.

İfaçı ailə üzvlərinə də maddi yardım etdiyini açıqlayıb: “Ailədə beş övladıq, tək yeyim? Bacımın birinin həyat yoldaşı rəhmətə gedib, birinin həyat yoldaşı xəstədi. Qardaşlarımın imkanı yaxşıdı, biri həkimdi, biri isə kiçik kafe işlədir”.

Rəqsanə

AzNews.az