Tramp kral ailəsinin gəlininə “əxlaqsız” dedi və sonra ...

Tramp "The Sun" qəzetinə müsahibə verib

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl haqqında səsləndirdiyi iddiaları yalanlayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyaya səfərə hazırlaşan Tramp səs yazılarının olmasına rəğmən Markla “əxlaqsız” dediyini inkar edib:

“Heç bir zaman Meqan Markla əxlaqsız demədim. Bu, mətbuat orqanlarının yalanıdır”.

Donald Tramp "The Sun" qəzetinə müsahibəsində Meqan Markl haqqında suallara belə cavab verib: “Nə deyə bilərəm ki, əxlaqsız olduğunu bilmirdim”.

O, Meqan Marklın Britaniyanın kral ailəsinə qatılmasına məmnun olduğunu da əlavə edib.

Rəqsanə

AzNews.az

image description image description