- Üçüncü sektor
- 4 İyun 2019 14:07
- 5 417
Nigar Camal Şəbnəmi lağa qoymasından danışdı: “Aşağılamaq...”
"Yazdığım şərh yanlış anlaşılıb"
Nigar Camal Şəbnəm Tovuzlunu lağa qoyması haqqında yazdığı statusa münasibət bildirib.
AzNews.az xəbər verir ki, Nigar Camal İnstagramda bu sözləri yazıb: “Yazdığım şərh yanlış anlaşılıb. Niyyətim kiməsə söz atmaq , aşağılamaq deyil. Sadəcə soyuq ingilis zarafatı etmişəm. Yazdığım cümlə ingilis dili aşılanan uşaqlara ilk öyrədilən cümlələrdən biridir”.
Qeyd edək ki, Nigar Camal İnstagramda "London Böyük Britaniyanın paytaxtıdır (ilk ingilis dərsi, bu, bir zarafatdır)” şərhini yazıb. Belə ki, ifaçı bu statusu ilə bir müddət əvvəl “Avropanın paytaxtı Amerikadır” deyən Şəbnəm Tovuzluya söz atıb.
Rəqsanə
AzNews.az