Dostları aktrisaya böyük sürpriz etdi

Özay yaşadıqlarını Instagram səhifəsində izləyiciləri ilə paylaşıb

Türkiyəli aktrisa Gupse Özayın ad günü münasibəti ilə dostları sürpriz hazırlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa çəkiliş meydançasına gəldikdə şok yaşayıb.

G. Özay yaşadıqlarını Instagram səhifəsində izləyiciləri ilə paylaşıb:

"Səhər saat 07:00 radələrində evdən çıxdım. Anamı öpüb sağollaşdım (çünki bu hissəsi çox önəmlidir). Saat 07:30-da çəkiliş meydançasına çatdım. İçəri girəndə dostlarım, hətta qardaşım,əmioğlum və anam da orada idi. Yaxşı ki, doğulub, gözəl insanlar tanımışam. Xoş gəldin 35!"

Mehri Qurbanova

AzNews.az