- Üçüncü sektor
- 25 May 2021 17:29
- 12 452
""Şpion"dan oxumaqdansa..." - Müğənnidən "Mata Hari" mahnısına tənqid / FOTO
2012-ci ildə ölkəmizi "Eurovision" mahnı müsabiqəsində təmsil edən Səbinə Babayev "Mata Hari" mahnısını tənqid edib
İfaçı bu ilki nümayəndə heyətinin düzgün seçim etmədiyini deyib. "Eurovision 2021" təmsilçimiz Samirə Əfəndinin ifasını İnstaqramında yayımlayan S.Babayeva bunları əlavə edib:
"Baş verən müharibə və minlərlə şəhiddən sonra öz dilimizdə vətənpərvərlik ruhunda mahnı ifa edib 20-ci sırada olsaydıq, özümüzü qalib bilərdik. Xarici qadın "şpion"dan oxumaqdansa, Natəvan Xurşidbanu (Natəvan- XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı- red.) haqqında oxumaq yaxşıdır". (axşam.az)
