2018-ci ilin dekabrın 9-da baş tutmuş seçkilərin rəsmi nəticələri dərhal elan olunsa da bu günədək hökumət təşkil olunmayıb. 2018-ci ilin dekabrın 9-da baş tutmuş seçkilərin rəsmi nəticələri dərhal elan olunsa da bu günədək hökumət təşkil olunmayıb.
  • Tribuna
  • 7 Yanvar 2019 14:19
  •  2 865

Paşinyan Ermənistanda hökümətin lazımsız olduğunu sübut etdi - Mübariz Əhmədoğlu

2018-ci ilin dekabrın 9-da baş tutmuş seçkilərin rəsmi nəticələri dərhal elan olunsa da bu günədək hökumət təşkil olunmayıb.

Mərkəzi Seçki Komissiyası 2019 cu il yanvarın 4-də keçirilən yığıncağında parlamentin ilk iclası yanvarın 14-nə təyin olundu. Bir ay bir həftədən sonra hökumət formalaşmağa başlaya bilər. Kabinetin təşkil olunması da təxminən 20 gün çəkə bilər. N.Paşinyanın hökuməti formalaşdırmamasının səbəbi bəllidir:

ABŞ, Rusiya hakimiyyət formalaşdıqdan sonra Dağlıq Qarabağ danışıqlarında irəliləyiş tələb edəcəklər. N.Paşinyanın öz açıqlamalarına görə ortalıqda olan tənzimlənmə variantı Ermənistanın maraqlarına cavab vermir. Ona görə N.Paşinyan vəziyyətdən çıxış yolu kimi yeni imitasiya variantı tapıb. Bu da hökumətin formalaşdırmasını ləngitməkdir. Paşinyanın bu imitasiya variantı eks prezident S.Sərkisyanın dəst-xəttinin davamıdır. Serj Sərkisyan prezidentlik idarə üsulun parlament idarəçiliyinə dəyişəndə də məqsədi məhz Ermənistanın dövlətçiliyini Dağlıq Qarabağ tənzimlənməsində imitasiya resursuna çevirmək idi.

Görünür, Serj Sərkisyanla N.Paşinyan arasında bu məsələdə əlaqə var və Paşinyan Serj Sərkisyanın planlarını reallaşdırır.

Ermənistanda tarixən ciddi formalaşmış dövlətçilik ənənələri olmayıb. Ona görə əhali rəhbərlərin dövlətçiliyə hörmətsizliyinə dözür. Amma indiki reallığın daha bir cəhəti kilsənin də zəifləməsindədir. Erməni Apostol Kilsəsinin mənəviyyatsızlıq və kriminallıqla dostlaşması S.Sərkisyanın dövründə başlanmışdı. N.Paşinyanın dövründə kilsəyə qarşı əməlli başlı mitinqlər keçirilir.

Beləliklə Ermənistan əhalisinin idarəçilərə ehtiyac olmadığı göz qabağındadır. N.Paşinyan Ermənistan dövlətçiliyinin mövcudluğunu şübhə altına salmaq istiqamətində kifayət qədər ciddi addım atdı.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru