- Tribuna
- 25 Avqust 2020 11:30
- 7 767
Bakı və bir neçə rayonda su olmayacaq
Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb
Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən AzNews.az-a verilən məlumata görə, istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.