Əli Həsənov tədbirin təşkilatçılarına ciddi iradlarını bildirərək qeyd edib ki, Heydər Əliyevin portretinin yanına F. Gülənin yox, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün portreti asılmalıdır Əli Həsənov tədbirin təşkilatçılarına ciddi iradlarını bildirərək qeyd edib ki, Heydər Əliyevin portretinin yanına F. Gülənin yox, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün portreti asılmalıdır
  • Tribuna
  • 16 Sentyabr 2020 19:11
  •  9 042

“Heydər Əliyevin portretinin yanında Gülənin şəkli asılmamalıdır” — Əli Həsənovdan ETİRAZ

Əli Həsənov tədbirin təşkilatçılarına ciddi iradlarını bildirərək qeyd edib ki, Heydər Əliyevin portretinin yanına F. Gülənin yox, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün portreti asılmalıdır

Son günlər Azərbaycan mətbuatında bir çox təşkilatların, dövlət məmurlarının, bir qrup medianın və deputatların FETÖ ilə əlaqələri haqda informasiyalar dərc olunur. Bu əlaqələrə dair materiallar bir çox hallarda arxivlərdən çıxarılaraq dərc edilir və faktlar ortalığa qoyularaq konkret şəxslər F. Gülənlə əlaqədə ittiham olunur.

Vaxtilə bu cərəyana onun tərədarlarına qarşı çıxanlar da olub. Və həmin şəxslərin keçirdiyi tədbirlədə açıq şəkildə F. Gülənin təbliğinə qarşı etirazlarını bildiriblər. Onlardan biri də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub.

Sözügedən mövzuda bir neçə gün əvvəl Demokrat.az-da gedən yazıdan sonra Prezidentin sabiq köməkçisi Əli Həsənov vaxtilə Fətullah Gülənlə bağlı etdiyi etiraz barədə məqaləsini redaksiyamıza göndərib. Həmin məqaləni ixtisar etmədən oxuculara tədqim edirik:

Ə. Həsənov 30 aprel 2009-cu ildə “Gülüstan” sarayında Fətullah Gülən şəbəkəsinin əsas təşkilatlarından biri olan Dialoq Avrasiya Platforması (DAP) və eyni təyinatlı “Dialoq Avrasiya” jurnalının Azərbaycanda 10-cu ildönümü münasibətilə “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda keçirdiyi tədbirdə təşkilatçıları və fətullahçı şəbəkəni ciddi tənqid edib.

Sözügedən tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucovun, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, DAP-ın Azərbaycandakı təsisçisi və fəxri prezidenti, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, DAP-ın Azərbaycan Milli Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov, türkiyəli tarixçi, Topqapı muzey kompleksinin direktoru İlber Ortaylı Rusiya Şərqşünaslıq İnstitutunun direktoru, professor Rostislav Ribakov, DAP-ın Qazaxıstan rəhbəri, Qazax Yazıçılar Birliyinin sədri professor Nurlan Orazalin, DAP-ın Azərbaycan nümayəndəliyinin katibi Mustafa Saatçı və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Əli Həsənov təşkilatçılara narazılığını ifadə edərək bildirib ki, “Dialoq Avrasiya” jurnalının və eyniadlı platformanın fəaliyyətində açıq-aşkar birtərəfli təbliğat hiss olunur, ayrı-ayrı xalqların dəyərləri, mədəniyyəti, tanınmış adamları, Avrasiya bölgəsində yayımlanmağa layiq olan insanlar, liderlər son zamanlar jurnalın səhifələrində getdikcə daha az-az görünür.

Ə. Həsənov Dialoq Avrasiya Platformasının yalnız F. Gülənin təbliğatı ilə məşğul olmasına qarşı çıxaraq qeyd edib ki, “Dialoq başqa insanları sənin kimi yaşamağa, düşünməyə təhrik etmək demək deyil. Onun məqsədi dövlətlərdə, cəmiyyətlərdə ortaq hərəkət oxunu müəyyən etməkdən ibarətdir. Dialoq, tolerantlıq, Qurandan, Bibliyadan çox danışmaq da deyil. Cəmiyyətdə tolerantlıq bütün mədəniyyətlərə, dinlərə, davranış normalarına hörmətlə yanaşmaqdan, bunu reallığa çevirməkdən ibarətdir və bunları bir nəfərin adına bağlamaq düzgün deyil”.

Ə. Həsənov tədbirin təşkilatçılarına ciddi iradlarını bildirərək qeyd edib ki, Heydər Əliyevin portretinin yanına F. Gülənin yox, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün portreti asılmalıdır. Eyni zamanda tədbirin açılış filmində Atatürkün adının çəkilməməsi də Ə. Həsənovun növbəti iradına səbəb olub.

Xatırladaq ki, iştirakçılara Dialoq Avrasiya Platforması Azərbaycan Milli Komitəsinin sədri professor Nizami Cəfərovun adından təqdim olunan dəvətnamələrdə mərasimin mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunduğu bildirilirdi.

Demokrat.az

3 Fevral 2020