Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verirlər Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verirlər
  • Tribuna
  • 24 Sentyabr 2020 17:30
  •  7 725

Deputat: "Büdcə nəzarətinin gücləndirilməsinə də ehtiyac var"

Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verirlər

"Bizim apardığımız monitorinq və təhlillər də göstərir ki, büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik və şəffaflığın artırılmasına ehtiyac var. Xüsusən də, dövlət satınalmalarında və tenderlərdə şəffaflığın artırılması ilə bağlı işlər sürətləndirilməlidir".

AzNews.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov Baş Nazirin "Bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir" fikri haqqında danışan zaman deyib:

"Doğrudur, İqtisadiyyat Nazirliyi son aylar bu sahədə sistemli fəaliyyət həyata keçirməyi hədəfləyir. Bununla yanaşı, dövlət satınalmalarında həm qanunverici bazanın, həm də praktik mexanizmlərin təkmilləşdirilməsinə məqsədəuyğundur".

Millət vəkili bildirib ki, dövlət büdcəsi vəsaitin hesabına təşkil edilən tenderlərdə şəffaflığın tam təmin olunması büdcə pullarının səmərəli xərclənməsi baxımdan vacibdir.

"Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verirlər. Tendersiz satınalmalar dövlət vəsaitinn şəffaf xərclənməsniə kifayət qədər şübhələr yaradır. Eyni zamanda, büdcə nəzarətinin gücləndirilməsinə də ehtiyac var.

Bütövlükdə, istər pandemiyanın davam edən aylarında, istərsə də post-pandemiya dövründə büdcə xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması və eləcə də xərcləmələrin optimallaşdırılması prioritetliyini qoruyub saxlamalıdır".

Səidə

AzNews.az