"Ermənistanda faşizm və terrorizm rəsmi dövlət siyasətidir" - Deputat

Gəncə terroru ilə bağlı Avropa İttifaqının bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidini puç etdi

"Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfərlər, torpaqlarımızın işğaldan sürətlə azad edilməsi, işğalçı Ermənistanı küncə sıxışdırıb. Ordumuzun uğurları diplomatik və siyasi müstəvidə də tamamlanmaqla ədalətin və beynəlxalq hüququn təmin edilməsi reallaşdırlır.Hibrid müharibənin bütün seqmentləri üzrə uduzan işğalçı ölkə özünə nə hərbi nə də diplomatik müstəvidə ciddi dəstək tapa bilmədiyi üçün yalnız terrorçular və faşist düşüncəli qruplaşmalarla əməkdaşlıq edə bilir".

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib.

O, Ermənistanda faşizmin və terrorizmin rəsmi dövlət siyasəti olduğunu vurğulayıb:

"Uzun illərdir ki,rəsmi İrəvan dünyanın hər yerində olan terrorçularla əməkdaşlıq edir , terroristləri işğal ettdiyi Azərbaycan torpaqların gətirərək onlara təlib keçir , muzdlu döyüşçü kimi dinc əhaliyə qarşı istifadə edir , Yerevanın mərkəzində faşist cəlladı Qaragen Njdeyə heykəl qoyur .Faşizmə rəğbəti və faşizmin təbliğini dövlət siyasəti səviyyəsinə qaldırır və dünyada olan faşizm tərəfdarları ilə sıx əməkdaşlıq edir .Elə faşizmə rəğbət bəsləyən "Almaniya üçün alternativ" partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi də bu ölkənin faşist xislətinin göstəricisidir".

Deputat əlavə edib ki, bu günlərdə cinayətkar hərbi xunta rejimi Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə dəvət edib:

"Almaniyada olduqca mənfi imicə sahib olan bu partiyanın əsas məqsədi , Almaniyanı "islamlaşmaqdan xilas etmək”, miqrantları sıxıxışdıraraq ölkədən qovmaq onlara qarşı diskriminasiya siyasəti yeritməkdən ibarətdir . Elə nasizmə xidmət edən Ermənistan da eyni siyasəti həyata keçirərək monoetnik dövlət qurub .Hazırda ermənilərlə əməkdaşlıq edən neonasistlər də Almaniyada irqçi, islamafob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir, bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər.Ermənilər faşist Qaragin Nijde ilə fəxr etdikləri kimi ,Partiyanın həmsədrlərindən biri ALeksandr Qauland da alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri "qəhrəmanlıqları"la fəxr edir.

Hazırda terrorçu Paşinyan və onun nasist komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilmirlər.Halbu ki , demokrat dərisini bürünmüş bu yırtıcılar özlərini Avropaya əsl demokrat kimi sırımağa çalışırdılar .Ancaq Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət apararaq önların iç üzünü , işğalçı və irqçi olmalarını bütün dünyaya tanıtdı.

Hikmət Babaoğlunun sözlərinə görə, Gəncə terroru ilə bağlı Avropa İttifaqının bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidini puç etdi:

"Gəncə terroru ilə bağlı rəy bildirən Avropa İttifaqı – mülki insan tələfatı və ağır yaralanma ilə nəticələnən Gəncə şəhərinə terorçu zərbələrini “hər hansı bir tərəfin mülki və mülki obyektləri hədəf alması dayandırılmalıdır” bəyənatında bildirdi. Aİ-nin bu bəyanatı işğalçı ölkədə isterika ilə qarşılandı. Bütün cəbhələr üzrə məğlub olan düşmən yeganə nicat yolunu terroristlər və neonasistlərlə ittifaqda görür. Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş seperarçı rejimin nasist-faşist ideologiyasının daşıyıcıları və terrorçulara tərəfdaş olur. Bir tərəfdən Suriya və Livandan kürd terror dəstələrinin üzvlərinin muzdlu kimi bölgəyə gətirir digər tərəfdən isə, Avropada neonasist ideologiya daşıyıcılarının dəstəyinə ümid bağlayır. Ancaq bunların heç biri işğalçı və terrorist Ermənistanı xilas edə bilməyəcək. Azərbaycan ən qısa zamanda öz haqlı davasında qalib çıxacaq" .

Səidə

AzNews.az