Azərbaycanın haqq səsinin daha çox dəstəklənməsi yaxın zamanlarda qələbə çalmağımız üçün real şərait yaradıb Azərbaycanın haqq səsinin daha çox dəstəklənməsi yaxın zamanlarda qələbə çalmağımız üçün real şərait yaradıb
  • Tribuna
  • 23 Oktyabr 2020 16:30
  •  8 286

İşğalçı ordu döyüş ruhunun aşağı olması cəhətdən ciddi əziyyət çəkir - Tahir Mirkişili

Azərbaycanın haqq səsinin daha çox dəstəklənməsi yaxın zamanlarda qələbə çalmağımız üçün real şərait yaradıb

"Cənub istiqamətində Azərbaycanın İranla dövlət sərhəddinin tam bərpa olunmasında rəşadətli ordumuzun və qəhrəman əsgərlərimizin çox böyük rolu olub. Nəzərə alsaq ki, Azərbaycan-İran sərhəddinin tam nəzarətə götürülməsi ölkəmizin iqtisadi cəhətdən mühüm üstünlüklər əldə etməsinə imkan yaratmaqla yanaşı, yüz kilometrdən böyük bir məsafənin geri qaytarılması böyük addımdır".

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

"Mən əminəm ki, azad olunan hər bir ərazidə Azərbaycan bayrağı qalxdıqca hər birimizdə böyük sevinc, qürur hissi yaradır. Ermənistan əsgərlərində böyük ruh düşkünlüyü var. İşğalçı ordu həm resurs , həm də döyüş ruhunun aşağı olması cəhətdən ciddi əziyyət çəkir. Dağlıq Qarabağda bildiyiniz kimi Ermənistan tərəfindən zorla gətirilən əsgərlərin döyüş meydanından qaçması hər gün Müdafiə Nazirliyi tərəfindən elan olunur. Mən əminəm ki, indiki halda müharibənin gedişi və beynəlxalq aləmdə Azərbaycanın haqq səsinin daha çox dəstəklənməsi yaxın zamanlarda qələbə çalmağımız üçün real şərait yaradıb.

Bütün Azərbaycanda hər kəs inanır ki, yaxın zamanda bayrağımız Şuşada, Xankəndində digər işğal altında olan torpaqlarımızda dalğalanacaq, dövlət sərhədlərini bərpa edəcək. Bundan sonra da regionda sülh, əmin-amanlıq gələcək. Biz işğaldan azad etdiyimiz kəndlərdə artıq yollar çəkilir, kommunikasiya bərpa olunur. Bir tərəfdən müharibə gedir, digər tərəfdən Azərbaycan quruculuq və yaradıcılıq işləri gedir. Mən əminəm ki, məhz Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bütövlükdə regionda yüksək iqtisadi inkişafın şahidi olacağıq".

Səidə

AzNews.az